Millimizin futbolçusu Niderlandda klubunu dəyişdi

15:12 6 Avqust 2022

Azərbaycan milli komandasının futbolçusu Ozan Can Kökçü Niderlandda klubunu dəyişib. 23 yaşlı yarımmüdafiəçi səviyyəcə ikinci sayılan Erstedivizion təmsilçisi “Eyndhoven”ə transfer olunub.
 
Ozan yeni klubu ilə 2 illik müqavilə bağlayıb. Onun son klubu elə bu liqada çıxış edən “Telstar” olub.
 
Ozan Can Kökçü əvvəllər Azərbaycanda "Sabah" komandasının, eləcə də U-20 və U-21 yığmalarının formasını geyinib. O, “Girəsunspor” və “Valveyk”in də uğurları üçün çalışıb.


Xəbər xətti