Azərbaycanın İslamiadadakı bayraqdarları açıqlandı

Sportarena.az      8 Avqust 2022 , 01:15

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın idman nümayəndə heyətinin bayraqdarları məlum olub.

Avqustun 9-da təşkil olunacaq açılış mərasimində ölkənin adı yazılan lövhəni sərbəst güləşçi Hacı Əliyev (65 kq) daşıyacaq. Üçrəngli bayrağı isə atlet Nazim Babayev və voleybolçu Ayşən Abduləzimova aparacaqlar.

Əliyev Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, üçqat dünya və üçqat Avropa çempionu, Avropa Oyunlarının qızıl və bürünc mükafatçısıdır.

Babayev Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının qalibi, Qış Universiadasının ikiqat qalibi, Yeniyetmələrin Yay Olimpiya Oyunlarının bürünc medalçısıdır.

Abduləzimova isə qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı, “Çağırış” kubokunun qalibi, “Qızıl Avropa” liqasının və IV İslam Həmrəyliyi Oyunlarının qalibidir. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin