Fərid Qayıbov boks millisinin məşqini izlədi

Sportarena.az      8 Avqust 2022 , 12:50

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Boks Federasiyasının (ABF) fəaliyyəti ilə tanış olub.

Sportarena.az xəbər verir ki, o, burada yaradılan şəraitlə maraqlanıb və Boks Mərkəzinə baxış keçirib.

ABF prezidenti Sahil Babayevlə birgə kişi və qadınlardan ibarət milli komandaların məşqini izləyən Fərid Qayıbov idmançılar və məşqçilərlə görüşüb, hazırlıq prosesləri ilə bağlı fikir mübadiləsi aparıb. Görüşdə boksçuların beynəlxalq yarışlara hazırlığı müzakirə edilib, yığma komandaların ölkə xaricində daha da inamlı çıxışı üçün tövsiyələr verilib.

Görüşdə ABF-in İdarə Heyətinin üzvləri və rəsmiləri iştirak ediblər. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin