İngiltərə çempionatı: "Mançester Yunayted" öz meydanında uduzdu

13:03 8 Avqust 2022

İngiltərə Premyer Liqasında 1-ci tura yekun vurulub. Sonuncu oyun günündə daha 3 qarşılaşma baş tutub.
 
“Lester Siti” doğma meydanda “Brentford”la qarşılaşıb. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləəşməyib.
 
“Mançester Yunayted” yeni mövsümün ilk matçında “Brayton”la ev oyunundan məğlubiyyətə ayrılıb. Son çempion “Mançester Siti” isə səfərdə “Vest Hem”i 2 cavabsız qolla üstələyib.
 
İngiltərə Premyer Liqası
1-ci tur
 
Lester Siti – Brentford 2:2
Qol: Kastan, 33. Holl, 46 – Toni, 62. Dasilva, 86.
 
Mançester Yunayted – Brayton 1:2
Qol: Makallister, 68-öz qapısına – Qross, 30; 39.
 
Vest Hem – Mançester Siti 0:2
Qol: Haland, 36-pen; 65. 


Digər xəbərlər

Xəbər xətti