Azərbaycan çempionatları tarixində 13000-ci qol vuruldu

Sportarena.az      8 Avqust 2022 , 13:25

Azərbaycan çempionatları tarixində 13000-ci qol vurulub.

 

Sportarena.az xəbər verir ki, yubiley topu Misli Premyer Liqasının I turunun “Sabah” – “Sumqayıt” görüşünə (3:0) təsadüf edib.

 

Qarşılaşmadakı sonuncu qolun müəllifi olan Kristian Sebalyos ölkə çempionatlarının 30 illik tarixinə düşüb. O, 13 mininci qolun müəllifi olub.

 

Bu, baş tutan 5100-cü qarşılaşmaya təsadüf edib. Daha 278 matçda texniki nəticə qeydə alınıb.

 

Qeyd edək ki, ölkə çempionatlarının ilk qoluna Mehman Alışanov imza atıb. O, 1992-ci il mayın 3-də keçirilən “Qarabağ” – “İnşaatçı” (Sabirabad) görüşündə qonaqların qapısına yol tapıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin