“Qarabağ”la matçda final fitinədək gücdən düşmək istəmirik” - “Ferentsvaroş”un baş məşqçisi

16:35 8 Avqust 2022

Macarıstanın “Ferentsvaroş” komandasının baş məşqçisi Stanislav Çerçesov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan əvvəl fikirlərini bölüşüb. Rusiyalı mütəxəssis bu gün Budapeştdə baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Qarabağ" çox yaxşı hazırlıqlı komandadır. Rəqibi ilk oyundan sonra daha yaxşı tanıyırıq. Bəlkə də bu səbəbdən ikinci matçlarda daha yaxşı çıxış edirik. Amma hər qarşılaşmanın özünəməxsus çətinlikləri var”.
 
Rusiyalı baş məşqçi bəzi oyunçuların zədəli olduğunu xatırladıb: “Cari mövsüm 6 rəsmi qarşılaşma keçirmişik. Zədəli oyunçuların olması normaldır. Ümid edirəm ki, sabahkı oyunda bizə kömək edənlər olacaq".
 
Çerçesov 90 dəqiqə ərzində rəqibdən üstün olmaq istədiklərini bildirib: "Sonadək mübarizə aparmaq niyyətindəyik. Final fitinədək gücdən düşmək istəmirik. Bakıdakı görüşdə topun daha çox “Qarabağ”da olması məsələsi artıq geridə qalıb. Sabahkı oyun tam yenidir. Bütün diqqətimizi cavab matçına yönəltmişik". 


Digər xəbərlər

Xəbər xətti