"Neftçi" gürcü futbolçu transfer etdi

22:19 8 Avqust 2022

"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Gürcüstan millisinin hücumçusu Vato Arzeladzeni transfer edib. Onunla 1+1 illik müqavilə imzalanıb.

 Türkiyənin “Fatih Karagümrük” klubundan transfer olunan 24 yaşlı futbolçu yeni komandasında 18 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Arveladze Gürcüstanda "Sasko", "Lokomotiv" (Tbilisi), Türkiyədə "Kasımpaşa" və Polşada "Korona" klublarında da çıxış edib. 


Digər xəbərlər

Xəbər xətti