Növbəti Şahmat Olimpiadasının keçiriləcəyi ölkə bilindi

13:04 9 Avqust 2022

2026-ci il Şahmat Olimpiadasına ev sahibliyi edəcək ölkə açıqlanıb. Sportarena.az xəbər verir ki, nüfuzlu yarış 4 ildən sonra Özbəkistanda keçiriləcək.
 
Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəsmi saytı məlumat yayıb. Bununla bağlı qərar FİDE-nin 44-cü Konqresində qəbul olunub.
 
Xatırladaq ki, Özbəkistan ilk dəfə Şahmat Olimpiadasına ev sahibliyi edəcək. 


Xəbər xətti