Məşhur tennisçi karyerasını başa vurur

16:35 9 Avqust 2022

Məşhur amerikalı tennisçi Serena Vilyams karyerasını başa vurmağa hazırlaşır.

 

41 yaşlı idmançı bu barədə "Eurosport"a açıqlamasında bildirib. Təcrübəli raketka ustası yaxınlarda təqaüdə çıxacağına eyham vurub: "Düşünürəm ki, tunelin sonunda artıq işıq var. İşığa yaxınlaşıram. O işığa çatmaq üçün səbirsizlənirəm. İşıq dedikdə nəyi nəzərdə tuturam? Azadlıq. Oynamağı xoşlayıram, sadəcə, heyrətamizdir. Ancaq mən bunu əbədi edə bilmərəm".


Xəbər xətti