İdmançılarımızın avqust ayı üçün reytinq cədvəli məlum oldu

Sportarena.az      9 Avqust 2022 , 17:47
Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə, milli komandaların idmançılarının 2022-ci ilin avqust ayı üçün reytinq cədvəlini açıqlayıb.
 
Sportarena.az nazirliyin saytına istinadən xəbər verir ki, reytinqə bədii gimnastika üzrə qrup hərəkətləri komandası 435 xalla başçılıq edir. İkinci yerdə ötən ay Misirin paytaxtı Qahirədə dünya ikincisi olan qılıncoynadan Anna Basta (330 xal) və üçüncü pillədə bədii gimnast Zöhrə Ağamirovadır (300 xal).
 
Reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır. 
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin