Ermənilər Çempionlar Liqası matçında təxribata əl atdı

17:05 10 Avqust 2022

Ötən gün Çempionlar Liqasının 3-cü təsniaft mərhələsində keçirilən “Pünik” - “Srvena Zvezda” matçında (0:2) ermənilər növbəti dəfə təxribata əl atıb.

“Pünik” azarkeşləri İrəvanda keçirilən cavab oyununda “Qarabağ Ermənistandır, Kosovo Serbiyadır” yazılı pankart açıblar.

Xatırladaq ki, iyulun 20-də Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçirilən “Pünik” -“Düdelanj” matçı zamanı da ermənilər təxribat törətmişdilər. İrəvandakı görüşdə tribunada açılan pankartda işğaldan azad olunmuş Qarabağı Ermənistan ərazisi kimi göstərilmişdi. 


Digər xəbərlər

Xəbər xətti