Hacı Əliyev və Mariya Stadnik İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi oldu

20:04 10 Avqust 2022

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev (65 kq) Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

O,  Albaniya təmsilçisi Zəlimxan Abakarovla üz-üzə gəlib.

Rəqibini təmiz qələbə ilə məğlub edən Əliyev ardıcıl 2-ci dəfə İslamiadanın qalibi olub. Daha əvvəl o, Bakı-2017 4-cü İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmışdı. 

Qadın güləşçimiz Mariya Stadnik (50 kq) də final görüşünə çıxıb. O, finalda özbəkistanlı Jasmina İmmayevaya 10:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

Beləliklə, Stadnik karyerasında ikinci dəfə İslamiadanın qalibi olub. Daha əvvəl o, Bakı-2017 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olmuşdu. 


Digər xəbərlər

Xəbər xətti