Renat Dadaşov İsveçrə klubunda növbəti qolunu vurdu

Sportarena.az      10 Avqust 2022 , 23:52
Futbol üzrə İsveçrə çempionatında 1-ci turdan təxirə salınmış bir oyun keçirilib. Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” səfərdə “Lutsern”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 38-ci dəqiqədə millimizin hücumçusu vurub.
 
“Qrasshopper” hazırda 8 xalla 10 kollektiv arasında 2-ci pillədə qərarlaşıb. 
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin