"Biz Bakıya yaxşı nəticə ilə qayıtmaq istəyirik" - "Neftçi”nin baş məşqçisi

Sportarena.az      11 Avqust 2022 , 01:23

"Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Avstriya “Rapid”i (Vyana) ilə cavab oyunu öncəsi mətbuat konfransı keçirib.

O deyib: "İlk oyunda qələbə qazandıq. Buraya da qələbə üçün gəlmişik. Bizi çətin qarşılaşmanın gözlədiyini bilirik. Rəqib bu oyuna daha yaxşı hazırlaşıb və qalib gəlməyə çalışacaq. Çünki evdə oynayırlar. “Rapid” ciddi rəqibdir. Amma biz də səfərə Bakıdakı hesabı qorumağa gəlməmişik. Rəqibə hörmət edirik, amma qələbə qazanmaq niyyətindəyik”.

Mütəxəssis "Rapid"ə qarşı necə oynamaq lazım olduğu haqda da danışıb: "Mənim futbolçularıma mesajım çox aydındır. Bəli, biz Bakıya yaxşı nəticə ilə qayıtmaq istəyirik. Amma hələ oyun oynanılmayıb. "Rapid"in gücünün nədən ibarət olduğunu bilirik. Hücum xəttində çox yaxşı oyunçuları var. Onlardan ehtiyatlanmalıyıq. Onlara çox boşluq və düşünməyə vaxt verməməliyik. Qol buraxsaq belə, mübarizəni davam etdirməli və cavab qolunu vurmalıyıq". 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin