Avropa İttifaqının səfiri "Qarabağ"ı növbəti dəfə təbrik etdi

10:41 11 Avqust 2022

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko “Qarabağ”ı  Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edib.

O, bununla bağlı özünün "Tvitter" səhifəsində yazıb: "Qarabağ"ı bir daha təbrik edirəm. Komanda UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazandı. Yenə heyrətamiz futbol matçı oldu".

Xatırladaq ki, P.Mixalko bundan əvvəl Ağdam təmsilçisini 3-cü təsnifat mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik etmişdi.

Qeyd edək ki, ilk oyunda Macarıstan "Ferentsvaroş"u ilə 1:1 hesablı heç-heçə edən "Qarabağ" cavab görüşündə 3:1 hesabı ilə qalib gələrək pley-offa yüksəlib. 


Xəbər xətti