"Qarabağ"ın uğurlarını sözlə ifadə etmək mümkün deyil" - Fərid Qayıbov

Sportarena.az      12 Avqust 2022 , 01:48

Bunu gənclər və idman naziri Fərid Qayıbov "Qarabağ" bu mövsüm UEFA Çempionlar Liqasındakı çıxışı barədə jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, "köhlən atlar"ın III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu keçməsini sözlə ifadə etmək mümkün deyil: "Hamımız qürurlandıq. Həmin gün İslamiadanın açılış mərasimi olsa da, hamı noutbuklarda oyuna baxırdı. Hər birimizin ürəyi "Qarabağ"la döyünürdü. Komandaya, Qurban Qurbanova təşəkkürümü bildirirəm".

O, Ağdam təmsilçisinin pley-off mərhələsində Çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi ev oyununda azarkeş sayını nəzərə alaraq, matçın Bakı Olimpiya Stadionuna salınması məsələsinə də toxunub: "Bu sualı "Qarabağ"a ünvanlasanız, daha yaxşı olar. Biz komandanın yanında olmağa və onlara dəstək verməyə çalışırıq". (Report)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin