Olimpiya çempionumuz İslam Həmrəyliyi Oyunlarında medalsız qaldı

12:29 12 Avqust 2022

Azərbaycan taekvondoçusu Radik İsayev Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında bu gün meydana çıxıb. 

Olimpiya, dünya, ikiqat Avropa çempionu, 4-cü İslam Həmrəylik Oyunlarının qalibi +87 kq çəki dərəcəsində qazaxıstanlı rəqibi Baurcan Həsənovla bacarmayıb. Bununla da İsayev medalsız qalıb.

Qeyd edək ki, dünən olimpiya mükafatçısı, ikiqat dünya və Avropa çempionu Milad Beiqi də uduzaraq medal qazana bilməyib. 


Digər xəbərlər

Xəbər xətti