“Hər şeyə görə “Qarabağ” ailəsinə təşəkkürlər” - Kadi Borges

15:24 12 Avqust 2022

“Qarabağ”ın legioneri Kadi Borges “instaqram” hesabında paylaşım edib. Braziliyalı futbolçu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Ferentsvaroş”la oyunla bağlı bu sözləri yazıb:
 
“Necə möhtəşəm oyun, necə möhtəşəm zaman, necə möhtəşəm ailə. Hər şeyə görə “Qarabağ” ailəsinə təşəkkürlər”.
 
Borges Budapeştdə “Qarabağ”ın 3:1 hesablı qələbəsi ilə başa çatan matçda iki ötürmə ilə yadda qalıb.  



Xəbər xətti