Turan Əliyev ağır atletika üzrə Avropa birinciliyində 3 medal qazanıb

15:56 12 Avqust 2022

Polşanın Raşin şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib. Sportarena.az xəbər verir ki, yarışda 36 ölkədən 331 nəfər (160 qız + 171 oğlan) atlet iştirak edir. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.
 
Komandamızdan ilk olaraq körpücük üzərinə Turan Əliyev çıxıb. O, yaşı 15-ə qədər olan atletlər arasında 61 kq çəki dərəcəsində mübarizə aparıb.
 
İdmançımız birdən qaldırma hərəkətində 99 kq-ı ram edərək bu hərəkətdə Avropa birinciliyinin gümüş medalına sahib çıxıb.
O, təkanla qaldırmada 120 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə birinciliyin bürünc medalını əldə edib.
 
Turan Əliyev toplam 219 kq (99+120) nəticə ilə yarışın yekun sıralamasında da bürünc medal qazanıb. 


Digər xəbərlər

Xəbər xətti