Premyer Liqanın üçüncü turunun “Turan Tovuz” – “Qarabağ” matçı gələn həftə oynanılmayacaq.
Sportarena.az xəbər verir ki, Ağdam klubu Çempionlar Liqasının pley-off mərhələsinin “Viktoriya” ilə oyununa hazırlaşdığına görə, matçı təxirə salınıb.
Xatırladaq ki, “Qarabağ” – “Viktoriya” matçı avqustun 17-də, cavab matçı isə avqustun 23-də oynanılacaq.