İslamiada: Eldəniz Əzizli qızıl medal qazandı

21:13 12 Avqust 2022

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında daha 2 medal qazanıb. 

Yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) yarışda qızıl medal əldə edib. O, finalda  özbəkistanlı Jasurbek Ortikboyevə 10:1 hesabı ilə qalib gəlib. 

Elnurə Məmmədova (55 kq) isə 3-cü turda tunisli Faten Hammamiyə 15:0 hesabı ilə qalib gəlib və bürünc medal qazanıb.

Qeyd edək ki, hazırda ölkəmizin aktivində 7 qızıl, 10 gümüş, 13 bürünc medal var. 


Digər xəbərlər

Xəbər xətti