23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunmuş V İslam Həmrəyliyi Oyunlarının qrup mərhələsində bu gün son oyununu keçirib və yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Sportarena.az xəbər verir ki, Mərakeş yığması ilə oyundan əvvəl Gənclər və İdman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev milli komanda ilə görüşərək futbolçularımıza uğurlar arzulayıblar.
Görüşdən sonra nazirlik və MOK rəsmiləri Mərakeş - Azərbaycan oyununu (2:2) izləyiblər.