Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında daha bir medal qazanıb.
Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) finalda qırğızıstanlı Amantur İsmayılovu 3:1 hesabıyla məğlub edərək İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Qeyd edək ki, Həsrət Cəfərov bundan əvvəl iranlı Məhəmməd Cavad Rezayi (10:3) və türkmənistanlı Beqmurat Nobatovu (9:1) üstələmişdi.
Xatırladaq ki, bu gün qadın güləşçi Jalə Əliyeva (57 kq) da finalda Ester Kolavoleyə (Nigeriya) 14:6 hesabı ilə qalib gələrək qızıl medalı əldə edib.