Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalı qazanıb.
Zöhrə Ağamirova, Alina Gözəlova və İlona Zeynalovadan ibarət Azərbaycanın bədii gimnastika komandası 4 hərəkətin cəmində 252.300 xal toplayaraq İslamiadanın qalibi olub.