İslamiada: Kişi voleybolçulardan ibarət millimiz yarımfinalda

21:48 13 Avqust 2022

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb.

 

Sportarena.az xəbər verir ki, millimiz A qrupundakı son matçında Mərakeş yığmasına 3:1 (25:20, 22:25, 28:26, 25:19) hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

 

Qeyd edək ki, Azərbaycan millisi bundan əvvəlki görüşlərində Sudana 3:0 hesabı ilə qalib gəlib, Kameruna 0:3 hesabı ilə uduzub.  


Digər xəbərlər

Xəbər xətti