Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Viktoriya" (Plzen) matçının hakimləri açıqlanıb.
Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi Slavko Vinçic olacaq. Ona yan xətdə Tomaz Klancnik və Andraj Kovacic köməklik göstəcək. Dördüncü hakim funksiyasını Rade Obrenoviç yerinə yetirəcək.
VAR hakimləri Nejc Kajtazovic və Jure Praprotnik olacaq.
"Qarabağ" - "Viktoriya" matçı avqustun 17-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və 20:45-də start götürəcək.