Son 14 mövsümdə ilk dəfə

10:58 15 Avqust 2022

Misli Premyer Liqasının lideri “Sabah” startdakı hər iki oyunda 3 qol vurmağı bacarıb. Murad Musayevin baş məşqçisi olduğu komanda öncə “Sumqayıt”ı 3:0, ardınca “Zirə”ni 3:1 hesabı ilə məğlub edib.
 
Bir klubun ilk iki matçında 3 və ya daha çox qol vurmasına son 14 mövsümdə birinci dəfə təsadüf olunub. Startda belə məhsuldar qarşılaşmalar keçirən sonuncu komanda “Qəbələ” idi. “Qırmızı-qaralar” 2008/09 mövsümünün ilk iki görüşündə ən azı üç qola imza atıb.
 
Qeyd edək ki, ölkə çempionatları tarixində 11-ci dəfə belə hadisə yaşanıb. 


Digər xəbərlər

Xəbər xətti