Misli Premyer Liqasının ikinci turunda “Kəpəz”lə qarşılaşan “Neftçi” rəqibinə 5:2 hesabı ilə qalib gəlməyi bacarıb.
Sportarena.az xəbər verir ki, paytaxt klubu ölkə çempionatlarında təxminən 10 ildən və ya 9 il 9 aydan sonra belə məhsuldarlıq nümayiş etdirib.
“Ağ-qaralar”ın bir matçda 5 və ya daha çox qola imza atmasına sonuncu dəfə 2012/13 mövsümündə təsadüf olunmuşdu. 3557 gün əvvəl - 2012-ci il noyabrın 17-də “Sumqayıt”ı qonaq edən “Neftçi” 8:1 hesabı ilə qalib gəlib. Həmin oyundan sonra paytaxt təmsilçisi bir qarşılaşmada 4-dən çox top vura bilməmişdi.
“Neftçi” Azərbaycan çempionatları tarixində 53-cü dəfə bir görüşdə 5 və ya daha çox qol vurub. Bu da ölkə rekordudur.