“Oğulsan, Jalə, oğul!” paylaşımı tənqid edildi

Sportarena.az      15 Avqust 2022 , 14:25

Məlum olduğu kimi, idmançımız Jalə Əliyeva Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarında yunan-roma güləşi üzrə qızıl medal qazanıb. Güləşçimiz nigeriyalı Ester Kolayevanı 14:6 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycan Güləş Federasiyası rəsmi səhifəsində xanım idmançımızın qələbəsini “Oğulsan, Jalə, oğul!” kimi təqdim etməsi tənqidlə qarşılanıb. Yüzlərlə feysbuk istifadəçisi bu paylaşıma mənfi rəy yazıb, seksist düşüncə kimi qiymətləndiriblər.

İzləyicilər paylaşımı qadın güləşçimizə qarşı qeyri-etik hərəkət hesab ediblər.

Lakin tənqidlərə baxmayaraq səhifə nə paylaşımı silib, nə də üzr istəyib. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin