Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalı qazanıb.
Cüdoçu Balabəy Ağayev (60 kq) finalda özbəkistanlı idmançı Kamran Nurullayevi ipponla məğlub edərək İslamiadadanın qalibi olub.
Qadınların yarışında Könül Əliyeva (48 kq) finalda Türkiyə idmançısı Tuğce Bederə məğlub olub. O, gümüş medal qazanıb. Eyni çəkidəki Leyla Əliyeva üçüncü yer uğrunda görüşdə Tunis təmsilçisi Umayma Bediuiyə uduzub.