"Neftçi"nin keçmiş vitse-prezidenti, beynəlxalq dərəcəli keçmiş hakim Tahir Süleymanov "Turan Tovuz"a avtobus alınması üçün keçirilən ianə kampaniyasına qoşulub.
Sportarena.az xəbər verir ki, o, "Turan-100k" saytında 9 piksel alıb. Başqa sözlə Tahir Süleymanov Tovuz klubuna 135 azn ianə edib.
Qeyd edək ki, layihə klub üçün 100 min manat ianə toplamaq məqsədi daşıyır. Veb platformada real futbol meydançası ölçülərinə uyğun 7140 ədəd pikseldən ibarət virtual meydança yerləşdirilib. 1 (15 manat), 4 (60 manat), 9 (135 manat) və 16 (240 manat) pikseldən toplanan vəsait kluba avtobus alınması üçün sərf olunacaq və bununla bağlı ictimaiyyətə hesabat veriləcək.