FİFA Hindistan Futbol Federasiyasının quruma üzvlüyünü dayandırıb.
Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb. Üzvlüyün dayandırılmasına səbəb üçüncü şəxslərin federasiyanın fəaliyyətinə müdaxiləsi olub ki, bu da FİFA nizamnaməsini ciddi şəkildə pozur.
Dayandırılma o deməkdir ki, 2022-ci il oktyabrın 11-dən 30-dək Hindistanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatı hazırda həmin ölkədə keçirilə bilməz.