Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.
Sportarena.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçirilib.
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb, Xorvatiya) "Budö Qlimt"in (Norveç) qonağı olub. Türkiyə "Trabzonspor"u isə səfərdə "Kopenhagen"lə (Danimarka) üz-üzə gəlib.
Qeyd edək ki, pley-off mərhələsinin digər 3 oyunu bu gün keçirilib. Azərbaycan çempionu "Qarabağ" Bakıda "Viktoriya"nı (Plzen, Çexiya) qəbul edib.
Çempionlar Liqası, pley-off mərhələsi
İlk oyunlar
16 avqust
23:00. "Budö Qlimt" (Norveç) - "Dinamo" (Zaqreb, Xorvatiya) 1:0
23:00. "Kopenhagen" (Danimarka) - "Trabzonspor" (Türkiyə) 2:1
23:00. "Reyncers" (Şotlandiya) - PSV (Niderland) 2:2
17 avqust
20:45. "Qarabağ" (Azərbaycan) - "Viktoriya" (Plzen, Çexiya) 0:0
23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya) 0:2
23:00. "Makkabi" (Hayfa, İsrail) - "Srvena Zvezda" (Serbiya) 3:2