"Araz-Naxçıvan" Türkiyə klubuna qalib gəldi

17:32 16 Avqust 2022

Türkiyədə təlim-məşq toplanışında olan "Araz-Naxçıvan" növbəti yoxlama görüşündə qüvvəsini sınayıb.

 

Sportarena.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi yerli "Erbaaspor"la üz-üzə gəlib. Qarşılaşma Azər Bağırovun yetirmələrinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

 

"Araz-Naxçıvan"ın heyətində 66 və 81-ci dəqiqələrdə Söhrab Qoli Fəxrabadi fərqlənib.

 

Qeyd edək ki, Naxçıvan komandası Türkiyə toplanışı çərçivəsində bundan əvvəl 4 oyun keçirib. "Araz-Naxçıvan" qardaş ölkədə "Karakoçan" (0:2), "Hopaspor" (2:0), "24 Erzincanspor" (3:3) və "Amasyaspor"la (1:1) qarşılaşıb. 


Digər xəbərlər

Xəbər xətti