“Tottenhem” heyətini yeni futbolçu ilə gücləndirib.
Premyer Liqa təmsilçisi İtaliyanın “Udineze” klubundan Destini Udocini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Müdafiəçini 2022/23 mövsümünün sonunadək “Unideze”də icarə əsasında oynayacaq.
London klubu bu transfer üçün İtaliya klubuna 18 milyon avro ödəyiblər.
Qeyd edək ki, Destini Udoci “Verona”nın yetirməsidir. O, ötən mövsüm "Udineze"nin heyətində A seriyasında 37 oyuna çıxıb, 5 qol vurub, 3 məhsuldar ötürmə edib. Udoci İtaliyanın U-21 yığmasının da üzvüdür.