İslamiada: Cüdo millimiz çempion oldu

19:40 17 Avqust 2022

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın cüdo kişi milli komandası finala çıxıb.

Yığmamız əvvəl Bəhreyni, daha sonra yarımfinalda Tacikistanı 3:1 məğlub edərək finala çıxıb. Yığmamız finalda meydan sahibi Türkiyə ilə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib. Bu, Azərbaycanın 24-cü qızıl medalı olub. 

Qadın millisi isə Türkmənistanı 3:0 məğlub etsə də, 1/4 finalda Əlcəzairə 2:3 hesabı ilə uduzub. Azərbaycan millisi bürünc medal üçün təsəlliverici görüşdə isə Seneqala 3:1 qalib gəlib.

Qeyd edək ki, fərdi yarışlarda Azərbaycan cüdoçuları 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar. 


Digər xəbərlər

Xəbər xətti