İslamiada: Qadın cüdoçulardan ibarət millimiz 3-cü oldu

18:28 17 Avqust 2022

Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadın cüdoçulardan ibarət milli komandası bürünc medal qazanıb. Azərbaycan millisi üçüncü yer uğrunda görüşdə Qırğızıstanla qarşılaşıb.
 
Rəqibin 3:1 hesabıyla məğlub edən komandamız bürünc medala sahib çıxıb.
 
Bu gün Azərbaycanın kişi cüdoçulardan ibarət millisi də finalda Türkiyə yığması ilə qarşılaşacaq. 


Digər xəbərlər

Xəbər xətti