“Turan Tovuz”da afrikalı müdafiəçi

19:17 17 Avqust 2022

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib. Tovuz təmsilçisi Cənubi Afrika Respublikasından olan müdafiəçi Siyanda Xulunu transfer edib.
 
31 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.
 
Peşəkar karyerasına ölkəsinin "Mamelodi Sandaunz" klubunda başlayan futbolçu "Kayzer Çifs", "Maritzburq Yunayted", Rusiyada isə “Rostov”un formasını geyinib. O, son olaraq İsrailin “Hapoel” (Təl Əviv) komandasının şərəfini qoruyub.
 
Siyanda Xulu əsas millidə 16 oyuna çıxıb və 1 qol vurub. 


Digər xəbərlər

Xəbər xətti