Futzal üzrə Birinci Liqada iştirak edəcək komandalar müəyyənləşdi

19:33 17 Avqust 2022

Futzal üzrə Birinci Liqada iştirak edəcək komandaların sayı dəqiqləşib.

 

Sportarena.az xəbər verir ki, 2022-23-cü il mövsümündə aşağı liqada 10 komanda yarışacaq.

 

İştirakçılardan ikisi  - “Şamaxı” və U-17 debütantdır. PASO isə “Dəyirman” adı altında çıxış edəcək. Qalan iştirakçılar ötən mövsüm də Birinci Liqada güclərini sınayıblar: “Şuşa”, “Alyans Qrup”, “Baku Fire-2”, “Şamaxı”, “Dəyirman”, “Standard”, ADBTİA, “Zəngilan”, “Dəstə Ordubad”, U-17. 


Digər xəbərlər

Xəbər xətti