“Qarabağ” qrupda oynamağa layiqdir” - Abdullah Zubir

00:29 18 Avqust 2022

“Qarabağ”ın yarımmüdafiəçisi Abdulla Zubir UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Çexiyanın “Viktoriya” (Plzen) komandasına qarşı keçirdikləri ilk oyunu şərh edib. O, qolsuz bitən matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:
 
“Çox yaxşı komandaya qarşı çıxış etdik. Ağır oyun oldu. Rəqib fiziki cəhətdən güclüdür. Öz oyunumuzu göstərməyə çalışdıq. Amma bu, o qədər də asan olmadı. Səfərdə daha yaxşı nəticə əldə edəcəyimizə inanıram. Plzenə böyük həvəslə yollanacağıq və orada əlimizdən gələnin ən yaxşısını edərək qalib gəlməyə çalışacağıq".
 
Zubir Çempionlar Liqasının qrup mərhələsində oynamağa layiq olduqlarını söyləyib: "Rəqibin burayadək irəliləməsi onun gücündən xəbər verir. Səfərdə qalib gələrək istəyimizə nail olmaq istəyirik".
 
“Qarabağ”la “Viktoriya” arasındakı cavab qarşılaşması avqustun 23-də Plzendəki “Dusan Arena"da keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti