İslamiada: Azərbaycan 89 medalla 4-cü yerdə qərarlaşıb

10:23 18 Avqust 2022

Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarının 12-ci yarış günündən sonra Azərbaycanın aktivindəki medalların sayı 89-a yüksəlib. Medallardan 26-sı qızıl, 30-u gümüş, 33-ü bürünc əyarlıdır.
 
Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pillədəki mövqeyini qoruyur.
 
İlk 3 mövqedə medal əyarında müvafiq olaraq, Türkiyə 303 (127 qızıl, 97 gümüş, 79 bürünc), Özbəkistan 140 (46 qızıl, 38 gümüş, 56 bürünc) və İran 127 (38 qızıl, 41 gümüş, 48 bürünc) medalla qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti