"Bavariya" Luka Parkadze ilə 5 illik müqavilə imzalayıb.
Sportarena.az xəbər verir ki, gürcü yarımmüdafiəçi bir neçə gün əvvəl Münhen klubunun düşərgəsində baxışda olub və məşqçilər korpusunun etimadını qazana bilib.
17 yaşlı futbolçu "Bavariya" ilə müqavilə imzalasa da, növbəti mövsümü "Dinamo"da (Tbilisi) keçirəcək.
Parkadze Gürcüstanın U-17 və U-18 millilərində çıxış edib.