Futzal millimizin qapıçısı "Neftçi"də

12:12 19 Avqust 2022

Futzal üzrə Azərbaycan millisinin qapıçısı Emin Kürdov karyerasını “Neftçi” İK-da davam etdirəcək. Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, EKOL komandası fəaliyyətini dayandırdıqdan sonra klubsuz qalan qolkiper “Neftçi” İK ilə anlaşıb. Müqavilə 2022-23-cü il mövsümünün sonuna qədər nəzərdə tutulub. 


Xəbər xətti