“Real” Kazemironu “Mançester Yunayted”ə satdı

10:10 20 Avqust 2022

İngiltərənin “Mançester Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Premyer Liqa təmsilçisi Braziliya yığmasının və Madrid “Real”ının yarımmüdafiəçisi Kazemironu heyətinə qatıb.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. 30 yaşlı futbolçu “qırmızı şeytanlar”la 4+1 illik müqavilə bağlayıb. “Mançester Yunayted” bu transfer üçün “Real”a bonuslarla birlikdə 70 milyon funt-sterlinq (82.4 milyon avro) ödəyəcək.
 
Kazemiro 2013-cü ildən “Real”ın uğurları üçün çalışırdı. O, Madrid təmsilçisinin heyətində 336 oyuna çıxıb, 31 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb. Braziliyalı oyunçu bu klubla 18 kubok qazanıb. Yarımmüdafiəçi Braziliya millisində 63 oyun keçirib, 5 qola imza atıb. 


Digər xəbərlər

Xəbər xətti