Renat Dadaşov koronavirusa yoluxub

10:40 20 Avqust 2022

İsveçrənin "Qrasshopper" klubunda çıxış edən Renat Dadaşov koronavirusa yoluxub.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusunun İsveçrə çempionatının V turunun "Sion"la  matçından (2:2) sonra verdiyi test nəticəsi müsbət çıxıb.

 

23 yaşlı futbolçu artıq bir həftəlik karantin müddətini tamamlayıb və o, bu gün İsveçrə kubokunda "Vettsvil-Bonştetten"ə qarşı keçiriləcək oyunda iştirak edə bilər.

Renat Dadaşov cari mövsümdə "Qrasshopper"in heyətində meydana çıxdığı 5 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 


Digər xəbərlər

Xəbər xətti