"Napoli" "Tottenhem"in futbolçusunu heyətinə qatdı

11:15 20 Avqust 2022

İtaliyanın “Napoli” klubu heyətini yeni futbolçu ilə gücləndirib. A Seriyası təmsilçisi İngiltərənin “Tottenhem” klubunun yarımmüdafiəçisi Tanqi Ndombeleni heyətinə qatıb.
 
Bu barədə Neapol klubunun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb.
 
Ndombele 2019-cu ildən “Tottenhem”də çıxış edirdi. Fransadan olan yarımmüdafiəçi London təmsilçisində 91 oyuna çıxıb, 10 qol vurub. Fransa yığmasında 7 oyun keçirmiş futbolçu bu ilin əvvəlində Lion “Olimpik”inə də icarəyə verilmişdi. 


Xəbər xətti