Çempionlar Liqasının pley-off mərhələsinin Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" arasında keçiriləcək cavab oyunu üçün satışa çıxarılmış əlavə biletlərin hamısı alınıb.
Bu barədə Plzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Biletlər cəmi 1 saata satılıb.
Qeyd edək ki, avqustun 23-də "Dusan Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bakıdakı ilk matç qolsuz heç-heçə ilə başa çatıb.