Güləşçimiz dünya çempionu oldu

20:35 20 Avqust 2022

Bolqarıstanın paytaxtı Sofiya şəhərində 20 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatı davam edir.

 

Sportarena.az xəbər verir ki, yunan-Roma güləşi üzrə 55 kq. çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Nihad Quluzadə qızıl medal qazanıb.

 

Güləşçimiz finalda rumıniyalı Denis Mihaya 6:1 hesabıyla qalib gələrək dünya çempionu olub. 


Xəbər xətti