Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulub.
Son oyun günündə 2 matç keçirilib. "Kəpəz" "Qəbələ"ni qəbul edib. Oyun "Qəbələ"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra xallarını 9-a yüksəldən "qırmızı qaralar" top fərqində "Sabah"ı qabaqlayaraq vahid lider olublar.
Günün digər oyununda "Sumqayıt" "Zirə"nin qonağı olub. Oyunda qol vurulmayıb.
“Zirə” – “Sumqayıt” - 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Rahil Ramazanov, Cavid Cəlilov
“Dalğa Arena”.
“Kəpəz” – “Qəbələ” - 0:3
Qollar: Məqsəd İsayev, 18, Ramon Maçado, 27, Rövlan Muradov, 57
Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Vüsal Məmmədov, Rövşən Rəcəbov
Qəbələ şəhər stadionu.
20 avqust (şənbə)
“Sabah” – “Neftçi” - 2:1
19 avqust (cümə)
“Şamaxı” – “Səbail” - 1:1
Avqustun 19-da keçirilməli olan "Turan Tovuz" - "Qarabağ" matçı Ağdam təmsilçisinin müraciətinə və Tovuz klubunun razılığına əsasən təxirə salınıb.