"Fənərbaxça"nın konqolu futbolçusu “Əl-İttifaq” klubuna keçdi

11:33 22 Avqust 2022

"Fənərbaxça"nın futbolçusu Marsel Tisseran Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubuna keçib.

Sportarena.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Konqolu yarımmüdafiəçi yeni klubu ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu 2020-ci ilin sentyabrında Almaniya "Volfsburq"undan "Fənərbaxça"ya keçmişdi. 


Digər xəbərlər

Xəbər xətti